26 
Avq
2024
14:07
504

Marneulidə “Magniti” mağazası beşinci dəfə qarət edilib

Dünən gecə saatlarında Marneulidə “Magniti” ərzaq mağazası 5-ci dəfə qarət edilib.

InterPress.ge xəbər verir ki, yerli sakinlərinin sözlərinə görə, müşahidə kameralarının qeydində 4 soyğunçu görünür.

Mağazanın şüşələri və mağazadakı Paybox aparatı sındırılıb. Mağazada olan ərzaqlardan götürülüb.

Bir neçə gün əvvəl sözügedən mağazanın Paybox aparatı oğurlanaraq 10 min lariyə yaxın pul götürülüb.

Hadisə yerinə polis cəlb olunub, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hələlik heç kim saxlanılmayıb.

Bizimlə əlaqə saxlayın