Gürcüstan banklarında Rusiyanın pul köçürmə sisteminin fəaliyyəti bərpa edilib
"Araşdırmalar nəticəsində birmənalı şəkildə deyə bilərik ki, bu gün “Zolotaya Korona”nın hansısa sanksiyaya məruz qalan şəxslə əlaqəsi təsdiqini tapmayıb. Nəticədə onun xidmətləri tam bərpa olunub"
InterPress.ge xəbər verir ki, bu barədə Bank assosiasiyasının rəhbəri Aleksandre Dzneladze bildirib.
Onun sözlərinə görə, artıq qeyd olunan sistem vasitəsilə Gürcüstandan Rusiyaya və əksinə pul köçürmələri mümkündür.
“ Bank və maliyyə sektoru Zolotaya Korona-nın beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaya məruz qalan digər qurumlarla münasibətlərinə tam aydınlıq gətirdiyi üçün “Zolotaya Korona”nın xidmətləri müvəqqəti olaraq dayandırılıb. Araşdırma nəticəsində birmənalı olaraq deyə bilərik ki, bu gün “Zolotaya Korona”nın hansısa sanksiyaya məruz qalan şəxslə əlaqəsi təsdiqlənmir. Nəticədə onun xidmətləri tam bərpa olunub”, - Dzneladze bildirib
“Zolotaya Korona”nın xidmət məhdudiyyətinin sanksiyalarla bağlı olub-olmadığını soruşduqda, Dzneladze bunun yoxlama ilə bağlı olduğunu izah edib.
“Məndə olan məlumatlarla bağlı müəyyən risk var idi, sanksiya tətbiq edilən şəxslərin siyahısı yenilənib və bu və ya digər şəxsin “Zolotaya Korona” ilə bağlılığı dəqiqləşdirilir. Bu gün deyə bilərəm ki, Zolotaya Korona ilə bağlı heç bir şəxsə sanksiya tətbiq edilməyib”, - Dzneladze bildirib.
Xatırladırıq ki, həftəsonu bir neçə Gürcüstan bankı, o cümlədən “Bank of Georgia” və “TBC” “Zolotaya Korona” ilə əməkdaşlığı dayandırıb. Sözügedən səbəb Amerikanın şirkətə tətbiq etdiyi sanksiyalar olub. Gürcüstanda Unistream və Contact Rusiya pul köçürmə sistemlərinin fəaliyyəti dayandırılıb.
Unistream 2023-cü ilin sentyabrından, Contact isə 2024-cü ilin martından Gürcüstana daşımaları dayandırıb.


