27 
Avq
2024
12:03
377

İrəvan və Tbilisi arasında qatar yolu açılır

Ermənistanın paytaxtı İrəvanla Gürcüstanın paytaxtı Tbilisi arasında qatar yolu açılır.

InterPress.ge xəbər verir ki, sentyabrın 3-dən qatar iki gündən bir şəhərlər arasında hərəkət etməyə başlayacaq.

Qatar ayın tək günlərində İrəvandan, cüt günlərdə isə Tbilisidən yola düşəcək.

Qeyd edək ki, hazırda ölkələr arasında yalnız İrəvan-Batumi-İrəvan qatarı hərəkət edir.

 

Bizimlə əlaqə saxlayın