27 
Avq
2024
14:04
796

Kaladzedən açıqlama: Bu borclar silinəcək

Mənzil mülkiyyətçiləri assosiasiyalarının illərlə ödəyə bilmədikləri yığılmış borcları silinəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze  hökumətin iclasında bildirib.

Kaladzenin sözlərinə görə, borc silindikdən sonra onlar “Mənzil Mülkiyyətçiləri Assosiasiyasının İnkişafına Yardım” proqramında  iştirak edə biləcəklər.

“2011-2014-cü illər arasında Tbilisi meriyası və yerli şuralar mənzil mülkiyyətçilərinin kooperativlərinə kreditlər veriblər ki, bu kooperativlər onları qaytara bilmir. Bu səbəbdən onlar bütün bu illər ərzində “Mənzil Mülkiyyətçilərinin Kooperativlərinin İnkişafına Yardım” proqramında iştirak edə bilməyiblər. Biz stajla əlaqədar bu borcun silinməsinə qərar verdik, bundan sonra onlara növbəti illərdə adıçəkilən proqramda iştirak etmək imkanı veriləcək. Bu, çox vacibdir, çünki  Mənzil Mülkiyyətçiləri Assosiasiyasının İnkişafına Yardım”  proqramı yaşayış binalarını təmir etmək imkanı verir, istər damın dəyişdirilməsi, istər giriş zalı, istər daxili pilləkənlərin təmiri, istərsə də başqa bir şey”, - Kaxa Kaladze bildirib.

Onun izahatına görə, nə edilməsi barədə qərarı binanın sakinləri özləri verir və kooperativ sədri ilə birlikdə layihəni yerli idarə heyətinə təqdim edirlər.

Bizimlə əlaqə saxlayın