Marneulidə kriminal avtoritetin adı ilə biznesmenlərdən pul tələb edən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib
Marneulidə "oğru dünyası"na mənsub olmaqda və qrup halında pul tələb etməkdə təqsirli bilinərək tutulan bütün şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
InterPress.ge xəbər verir ki, bu gün iki təqsirləndirilən şəxsin məhkəməsi keçirilib və ondan əvvəl daha 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqın məlumatına görə, onlar xaricdə olan kriminal avtoritet ilə əlaqədə olublar və onun göstərişi ilə yerli iş adamlarından külli miqdarda pul tələb ediblər. Bu insanlar imtina etdikdən sonra maşınlarını yandırıblar.
Prokurorluğun verdiyi məlumata görə, təqsirləndirilən şəxslər zərərçəkmişlərdən biri olan Akim Məmmədovdan 100 min dollar istəyiblər və o, bundan imtina etdikdən sonra onu öldürməklə hədələyib, avtomobilini yandırıblar.


