Gənc qadın doğuşdan sonra dünyasını dəyişib
Qori şəhərinin doğum evində gənc qadın dünyasını dəyişib.
InterPress.ge xəbər verir ki,hadisə Qormedi klinikasında baş verib.
Məlumata görə, ölən 30 yaşlı Maqda Baliaşvilidir.
Ölümün səbəbləri istintaqla müəyyən edilir, Səhiyyə Nazirliyinin tənzimləyici qurumu da araşdırma aparır.
Mərhumun ailəsi həkimlərdən şikayət edir və qızlarının ölümündə onları günahlandırır.
Tibb bacısı gəlib bizə qızımı görə biləcəyimizi söylədi.Palataya getdik, qızım yaxşı idi, bizi normal qarşıladı. Axşam saat 6 gələndə həkim hər şeyin qaydasında olduğunu yoxlayıb növbətçi həkimə təhvil verib evə getdi.9-un yarısında halı pisləşib. Elektroşok veriblər, sonra isə, ürəyinin dayandığını dedilər.Heç nə demirdilər, özləri də nə olduğunu başa düşə bilmirdilər. Artıq qızımın qanaxması dayanmırdı."-mərhumun anası deyib.



