03
Sen
2020
15:22
545
yuxarı
Nazir: “Azərbaycan Gürcüstanın elektrik enerjisi idxalında alternativ kimi vacib rol oynayır”
“Hökumətimizin həyata keçirdiyi enerji islahatları nəticəsində bu gün biz bütün qonşu ölkələrimizdən elektrik enerjisi idxal edirik. Onlardan heç biri, xüsusilə də bizim şimal qonşumuz bu məsələdə dominant deyil”.
InterPress.ge xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava belə deyib.
Xanım nazir bildirib ki, ölkə 2012-ci ildən elektrik enerjisinin 90%-ni Rusiyadan idxal edirdi və Rusiya Gürcüstan bazarında hakim mövqeyə malik idi, bu gün isə Gürcüstanın elektrik enerjisi bazarında mövqelər dəyişib.
N. Turnava qeyd edib ki, Gürcüstan elektrik enerjisi baxımından bu gün daha müstəqildir və müxtəlif ölkələrdən idxal ilə bağlı seçimlər edə bilir: “Bu gün biz enerji baxımından daha müstəqilik, çünki bizim alternativ seçimimizdə çox önəmli rol oynayan Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələr var. Eyni zamanda biz Türkiyədən, Rusiyadan və Ermənistandan elektrik enerjisi idxal edirik. Bu bizim seçimimizdir. Biz enerji sisteminin təhlükəsizliyinin təmin edilməsi prinsipi ilə hərəkət edirik. Enerji baxımından daha müstəqilik və bu səbəbdən enerji idxalı qiymətləri bu illər ərzində düşüb”.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Ölkə ərazisində 27-28 avqust tarixlərində olacaq havanın proqnozu açıqlandı
26.08.2026 23:56
232
Təmizlik avtomobili əməkdaşını vurub, gənc kişi ölüb
26.08.2026 14:30
466
Şalva Tabatadze qəbul imtahanlarının nəticələri ilə bağlı yaranmış müzakirələri təhlil edib: 2026-cı ildə dövlət hesabına təxminən 2 min tələbə daha çox təhsil alacaq
26.08.2026 13:25
139
Gürcüstandan son günlərdə 85 əcnəbi ölkədən çıxarılıb
26.08.2026 12:34
134
Peşə təhsili müəssisələrinə qeydiyyat sentyabrın 21-dən başlayacaq
26.08.2026 12:30
118
Milli Bank əhaliyə xəbərdarlıq edir
26.08.2026 11:57
319
Jaba Xubua: “İvanişvilinin gürcü xalqı qarşısında əsas xidməti 2012-ci il oktyabrın 1-də Gürcüstanı rejimdən azad etməsidir”
26.08.2026 10:24
71
Marko Rubio: “Hazırda ABŞ-ın İrana qarşı yeni zərbələr endirməsi gözlənilmir”
26.08.2026 10:22
149
ABŞ bütün dünyada immiqrasiya vizası müraciətlərinin baxılmasını müvəqqəti dayandırıb
26.08.2026 10:19
132
Professor Levan Çotortlişvili: “Qaribaşvilini əyalətçi cəsarəti, istəsəniz, avamlığı məhv etdi”
25.08.2026 19:20
96


