Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Nino Dolidze: "Ədalətli seçkilər" Gürcüstanın Avropaya inteqrasiya prosesinin dayandırılmasına səbəb olacaq "Rus qanunu"na uyğun olaraq reyestrdə qeydiyyatdan keçmək niyyətində deyil

209
Nino Dolidze: "Ədalətli seçkilər" Gürcüstanın Avropaya inteqrasiya prosesinin dayandırılmasına səbəb olacaq "Rus qanunu"na uyğun olaraq reyestrdə qeydiyyatdan keçmək niyyətində deyil
Dinləmək üçün basın

"Qeyd etdiyimiz kimi, biz “Rusiya qanunu”na uyğun olaraq reyestrdə qeydiyyatdan keçmək fikrində deyilik və qeydiyyatdan keçməyəcəyik”.

"Qeyd etdiyimiz kimi, biz “Rusiya qanunu”na uyğun olaraq reyestrdə qeydiyyatdan keçmək fikrində deyilik və qeydiyyatdan keçməyəcəyik”.

InterPress.ge xəbər verir ki,bu barədə “Ədalətli Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyətin” icraçı direktoru Nino Dolidze jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, “Xarici təsirin şəffaflığı haqqında” qanun ləyaqətin pozulmasıdır və bu, Gürcüstanın Avropaya inteqrasiya prosesinin dayandırılmasına gətirib çıxaracaq.

“Biz “Rus qanunu”na uyğun  olaraq qeydiyyatdan keçmək fikrində deyilik, çünki bu qanun alçaldıcıdır, bu qanun insan hüquqlarına ziddir, bu qanun Gürcüstan Konstitusiyasına ziddir, həmçinin ən əsası bu qanun Gürcüstanın Avrointeqrasiya prosesinin dayandırılmasına gətirib çıxarır, ona görə də təbii ki, ölkəmizin milli maraqlarına zidd olan belə bir qanuna uyğun olaraq qeydiyyatdan keçməyəcəyik. Qeyd etdiyimiz kimi, biz qeydiyyatdan keçmirik və keçməyəcəyik”, - Dolidze bildirib.

Məlumat üçün bildirək ki, xarici dövlətin maraqlarını həyata keçirən təşkilatların reyestrində qeydiyyat müddəti bu gün başa çatır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →