02 
Sen
2024
15:04
990

Sentyabrın 6 -dək gözlənilən hava proqnozu açıqlandı

Sentyabrın 3-5-də Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Paytaxt - Tbilisidə hava əsasən yağmursuz keçəcək.Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +26, +28 dərəcə olacaq.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +32, +35 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri): şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, bəzi yerlərdə küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +22, +25 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın