Gürcüstan əhalisinin neçə faizinin komputer/mobil telefon istifadə etdiyi açıqlanıb
2024-cü ildə ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə bağlı sorğunun nəticələrinə görə, Gürcüstanda ev təsərrüfatlarının 57,6%-i kompüterlə təchiz olunub.
InterPress.ge xəbər verir ki, şəhər qəsəbələrində bu göstəricinin dəyəri 66,2 faiz, kənd yaşayış məntəqələrində isə 45,8 faiz təşkil edib.
Regionlar üzrə bu göstərici Acarıstan MR və Tbilisidə ən yüksək olub və müvafiq olaraq 69,6 və 69,4% təşkil edib.
15 və daha yuxarı yaşda olan kompüter istifadəçilərinin 72,9%-i kompüterdən son 3 ayda hər gün, 17,9%-i həftədə ən azı bir dəfə, 9,2%-i isə həftədə bir dəfədən az istifadə edib.
Bundan əlavə, sorğunun nəticələri göstərir ki, 6 yaşdan yuxarı əhalinin 90,8%-i mobil telefona malikdir ki, bu da əvvəlki illə müqayisədə 1,0 faiz bəndi çoxdur. Bundan əlavə, qeyd olunan göstərici şəhər tipli qəsəbələrdə 0,7 faiz bəndi, kənd tipli qəsəbələrdə isə 1,4 faiz bəndi artaraq müvafiq olaraq 93,4 və 86,6 faiz təşkil edib.


