Dəmir yolu faciəsi nəticəsində daha bir nəfər ölüb, bununla da ölənlərin sayı üçə çatıb.
InterPress.ge xəbər verir ki, bu gün günorta saatlarında Batumidən gələn sərnişin qatarı işçi platformaya çırpılıb, nəticədə 2 nəfər yerindəcə həlak olub.
Onların hər ikisi Gürcüstan Dəmir Yollarının əməkdaşlarıdır.
Qəza yerində əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Dəmir yolu qəzası nəticəsində zədələnmiş qatardan sərnişinlər artıq çıxarılıb.
