Türkiyədə Gürcüstan dövlət nömrə nişanlı avtobus qəzaya uğrayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Iğdırda səhər saatlarında Naxçıvan-Iğdır avtomobil yolunda Gürcüstan nömrəli avtobus idarəetmədən çıxaraq arxa aşıb.
1-i sürücü olmaqla 3 nəfərin olduğu avtobusdan 2 nəfər yaralı çıxarılıb. Xəsarət alanlar yanğınsöndürənlər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

