“Gürcüstan Bankının” iki əməkdaşında koronavirus aşkar edildi. Onlar Batuminin “Dona” şirniyyat mağazasında olublar.
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstan Bank” xəbər yayır.
“Bizim iki əməkdaşımız “Donada” olmuşdur və təəssüflər olsun ki, onlarda koronavirus müəyyən edildi. Biz, Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunan normaların müdafiəsini davam etdiririk və Səhiyyə Nazirliyi ilə əlaqədəyik. Biz əməkdaşlarımızın testləşdirilməsinə başladıq”, – “Gürcüstan Bankının” bəyanatında deyilir.
