Givi Mikanadze “Ədalətli seçkilər” tərəfindən dərc olunan hesabata münasibət bildirib
Hesabatda hakim partiyanın nümayəndələrinin seçki məqsədləri üçün inzibati resurslardan istifadə etmələri ilə bağlı təqdim olunan məlumatlar tendensiyalı və qəsdən nüfuzdan salma hallarını ehtiva edir.
InterPress.ge xəbər verir ki, “Gürcü arzusu”nun deputatı Givi Mikanadze iyunun 1-dən avqustun 27-dək olan dövrü əhatə edən “Ədalətli seçkilər”in seçkiqabağı dövründəki monitorinq hesabatına belə mübasibət bildirib.
Onun sözlərinə görə, əksər deputatların fəaliyyətinin inzibati resursdan istifadəyə yönəldilməsi qurumun təqdim etdiyi hesabatın absurdluğunu bir daha təsdiqləyir.
Mikanadze onu da vurğulayır ki, “Ədalətli seçkilər”in seçki motivli dövlət proqramları və təşəbbüslərinə önəm verməsi onların nöqteyi-nəzərindən hökumətin seçki ilində heç nə etməməli olduğu hissi yaradır.
“Deputatların əksəriyyətinin fəaliyyətinin inzibati resurslardan istifadəyə yönəldilməsi təqdim olunan hesabatın absurdluğunun növbəti təsdiqidir. Hesabatda fəaliyyətləri vurğulanan Paata Kvijinadze, Zaza Lominadze və İrakli Şatakişvilinin parlamentin fəal üzvləri və konkret seçki dairələrinin majoritar üzvləri olmasından belə bəhs edilmir və onların yalnız nümayəndə kimi adı çəkilir.
Guya “Ədalətli seçkilər”lə seçkidən irəli gələn dövlət proqramlarına/təşəbbüslərinə vurğu bizdə yalnız bir hiss yaradır ki, onların nöqteyi-nəzərindən hakimiyyət seçki ilində heç nə etməməli, bütün mühüm prosesləri dondurmalı, ya da başlamamalıdır.
Hökumətin düzgün və praqmatik siyasəti əsasında ölkədə yüksək iqtisadi artım qeydə alınıb və bunun əsasında dövlət büdcəsinə daxilolmalar 500 milyon lari artıb. Əvvəlki illərdə olduğu kimi, müxtəlif sektorlara və yerli özünüidarəetmə orqanlarına əlavə vəsaitlər ayrılıb.
Sözügedən maliyyələşməni seçki motivli proqrama çevirmək məqsədi ilə “Ədalətli seçki”nin növbəti əsassız bəyanatı bu qurumun subyektivliyini və real məqsədlərini bir daha göstərir”, - deyə Mikanadze bildirib.