Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Cin Şahin: Təəssüf ki, biz Gürcüstanda demokratik geriləmə görürük

284
Cin Şahin: Təəssüf ki, biz Gürcüstanda demokratik geriləmə görürük
Dinləmək üçün basın

“Təəssüf ki, biz Gürcüstanda demokratik geriləmə görürük ki, bu da gürcü xalqının əksəriyyətinin arzusuna, Avro-Atlantik gələcəyinə uyğun gəlmir”

“Təəssüf ki, biz Gürcüstanda demokratik geriləmə görürük ki, bu da gürcü xalqının əksəriyyətinin arzusuna, Avro-Atlantik gələcəyinə uyğun gəlmir”

InterPress.ge xəbər verir ki, bu barədə  amerikalı senator Cin Şahin “National Journal”a müsahibəsində bildirib.

"Təəssüf ki, biz Gürcüstanda demokratik geri çəkilmə görürük ki, bu da gürcü xalqının əksəriyyətinin arzusuna, Avro-Atlantik gələcəyinə uyğun gəlmir. Düşünürəm ki, seçkilər azad və ədalətli keçirilməsə, [Gürcüstan] necə demokratiya olaraq davam edəcəyini görmək çox çətindir. Müdafiə naziri, baş nazir və xarici işlər naziri ilə görüşlərdə öz narahatlığımızı bildirdik. Biz prezident Salome Zurabişvili ilə də görüşdük, o, bizim narahatlıqlarımızı bölüşür, - Şahin deyib.

Senatorun sözlərinə görə, ölkə ərazisinin 20%-i Rusiya tərəfindən işğal olunduğu halda, bu ölkənin niyə Rus qanunlarını qəbul etməsini anlamaq çox çətindir. 

Cin Şahin Gürcüstan hökumətinə ayrılan 95 milyon ABŞ dolları məbləğində yardımın dayandırılmasından da danışıb: “Bizim bu maliyyəni bərpa edib-etməməyimiz Gürcüstan hökuməti ilə bağlı siyasətimizin indi işlənən qiymətləndirməsindən asılıdır. "

O, həmçinin Senata təqdim etdiyi “Gürcüstan Xalq Aktı”ndan danışır və layihədəki “əsas müddəaların, o cümlədən sanksiyaların irəli gedəcəyinə” ümid edir. 

 

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →