07 
Sen
2024
13:57
299

Tbilisidə oğurluq edən xarici ölkə vətəndaşları saxlanılıb

Polis Tbilisidə iki xarici vətəndaşı oğurluqda ittiham edərək həbs edib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Aparılan əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş Bölməsinin əməkdaşları, iki Ukrayna vətəndaşı, 1992-ci il təvəllüdlü İ.H. və eyni ildə anadan olan L.I. oğurluqda ittiham olunaraq həbs edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “c” bəndi və 19-177-ci maddəsinin 3-cü hissəsinin “c” bəndi ilə aparılır və cinayətə görə 4-dən 7- ilədək həbs cəzası nəzərdə tutulur.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs İ.H. oğurluq məqsədilə Tbilisi şəhərindəki mənzilə qanunsuz daxil olub, orada vətəndaşın əşyalarını qanunsuz ələ keçirib.

İstintaq onu da müəyyən edib ki, təqsirləndirilən L.İ. Tbilisidəki evlərdən birinə oğurluq niyyəti ilə daxil olub, lakin o, niyyətini həyata keçirə bilməyib. Daha sonra o, başqa vətəndaşa məxsus avtomobili qaçırıb.

İş üzrə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində polis iki Ukrayna vətəndaşını təqsirləndirilən şəxs qismində həbs edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oğurlanmış əşyalar maddi sübut kimi götürülüb”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın