08 
Sen
2024
22:17
560

Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımların göstərilməsi davam edir

"Azərbaycan Evi" və "QANUN" Hüquqi Yardım Mərkəzi arasında bağlanmış memoranduma əsasən, vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardımların göstərilməsinə dair avqust ayının 11-də və 29-də "Azərbaycan Evi"ndə adıçəkilən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Levan Tsalukelaşvili tərəfindən, əvvəlcədən qeydiyyatdan keçmiş vətəndaşların hüquqi problemləri ilə bağlı qəbul keçirilib.

InterPress.ge xəbər verir ki, dördüncü qəbul günündə 10 nəfər Gürcüstan, Azərbaycan və Türkiyə vətəndaşları qəbul edilərək problemləri dinlənilib.

Vətəndaşların problemlərinin (vətəndaşlıq, müvəqqəti oturma qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və.s) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə-hüquq orqanlarının elektron ünvanına göndərilib. 

Qəbul günləri davam edəcək və soydaşlarımız bu xidmətdən faydalana bilərlər. 

Qəbula yazılmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.

Tel: : +995 599 10 96 90

Bizimlə əlaqə saxlayın