13 
Sen
2024
17:26
622

Marneulidə üç nəfər tutuldu

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməyə köməklik göstərdiklərinə görə 3 nəfəri tutublar.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.

Saxlanılan şəxslər 2005-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş H.A., həmin il təvəllüdlü V.M. və 2007-ci il təvəllüdlü K.A.-dır. Onlar xaricdəki kriminal avtoritetə ​​Marneuli bələdiyyəsində yaşayan vətəndaşlardan birindən pul qoparmaqda köməklik ediblər. Təqsirləndirilən şəxslər adıçəkilən vətəndaşı qorxutmaq, hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə yaşadığı evin həyətinə əl qumbarası atıblar, lakin qumbara partlamayıb.

İstintaq onu da müəyyən edib ki, hazırda təqsirləndirilən şəxs qismində saxlanılan V.M. sözügedən cinayətdən xəbər tutub, lakin cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən onların hər üçü təqsirləndirilən şəxs qismində tutulub.

Polis sübut kimi əl qumbarasını götürüb. Cinayətlər 9 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

Cinayət Məcəlləsinin 25-181, 236 və 376-cı maddələri ilə hədə-qorxu ilə tələb etmə, qanunsuz olaraq partlayıcı qurğuların alınması-saxlanması, daşınması, habelə ağır cinayətlər barədə məlumat verilməməsi faktları üzrə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın