13 
Sen
2024
20:20
278

“Gürcü Arzusu”nun nümayəndəsi Davit Şerazadişvili Tsalka sakinləri ilə görüşüb

Gürcü Arzusu-Demokratik Gürcüstan”ın Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka təmsilçisi Davit Şerazadişvili Tsalka rayonunun Avranlo, Qumbati və Arcivani kəndlərinin sakinləri ilə görüşüb.

InterPress.ge xəbər verir ki, o, əhali ilə gələcək planlardan danışıb, həmçinin kəndlərdə artıq həyata keçirilən layihələrə yekun vurub.

 “Görüşlərdə əhali yekdilliklə qeyd etdi ki, ölkənin dinc inkişafı hər şeydən önəmlidir və inanıram ki, onların düzgün baxışını nəzərə alaraq, oktyabrın 26-da Tsalka əhalisi öz sözünü deyəcək və biz birlikdə qalib gələcəyik. Mən isə qərarların qəbulu prosesində onların maraqlarının müdafiəçisi olacağam!” – Davit Şerazadişvili bildirib.

Görüşdə Tsalka bələdiyyəsinin meri İlia Sabadze və Sakrebulo sədri İrakli Gigineişvili də iştirak ediblər.

Bizimlə əlaqə saxlayın