14 
Sen
2024
17:08
532

“Gürcü Arzusu”nun nümayəndəsi Davit Şerazadişvili seçki kampaniyası çərçivəsində Bolnisi bələdiyyəsində növbəti görüş keçirib

“Gürcü Arzusu - Demokratik Gürcüstan”ın Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka təmsilçisi Davit Şerazadişvili Bolnisi bələdiyyəsinin Cavşaniani, Kianeti, Sabereti, Muşevani və Kveşi kəndlərinin sakinləri ilə görüşüb.

InterPress.ge xəbər verir ki, nümayəndə əhali ilə gələcək planlardan, 26 oktyabr seçkilərinin əhəmiyyətindən danışıb, yerlərdə həyata keçirilən layihələrə yekun vurub. 

“Cavşaniani, Kianeti, Sabereti, Muşevani və Kveşi sakinləri ilə çox maraqlı söhbətimiz oldu. Biz ümumi çətinlikləri, bələdiyyədə həyata keçirilən, cari və gələcək layihələri müzakirə etdik. 26 oktyabrda sülhün təmin olunmasının vacibliyini vurğuladıq. 

Mən Bolnisi əhalisinin qeyd-şərtsiz dəstəyinə inanıram!” – Davit Şerazadişvili bildirib.

Bizimlə əlaqə saxlayın