14 
Sen
2024
23:06
519

Sabah parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verərsiniz? - Sorğu

“Formula” teleşirkətinin sifarişi ilə “Edison Research” şirkətinin apardığı araşdırmaya görə, hakim partiya “Gürcü Arzusu” 34% dəstəyə malikdir.

InterPress.ge xəbər verir ki, araşdırmaya görə, müxalifət partiyalarının ümumi reytinqi “Gürcü Arzusu"nun reytinqindən qat-qat yüksəkdir.

Bundan əlavə, sorğuya əsasən, 71% hesab edir ki, seçkilərdə başqa partiyaya şans verilməlidir.

Sorğu çərçivəsində respondentlərdən sabah parlament seçkiləri keçirilsə, kimə səs verəcəkləri soruşulub. "Formula"ya əsasən nəticələr aşağıdakı kimidir:

Gürcü Arzusu - Demokratik Hərəkat - 34%

Birlik: VMH, Ağmaşenebeli Strategiyası, Avropalı Gürcüstan – 19,2%

Qaxariya - Gürcüstan üçün - 10,6%

Güclü Gürcüstan: Lelo, Xalq üçün, Azadlıq Meydanı, Vətəndaşlar - 9,8%

Yeni Birlik Qvaramia Melia – 9,1%

Qirçi (İaqo Xviçia) – 5,9%

Leyboristlər Partiyası - 5,1%

Patriotlar Alyansı/Alt Info – 3%

Biz - Davit Katsarava - 2,1%

Digər partiyalar – 1,2%

Partiya loyallığına gəlincə, 73% seçimindən əmin olduğunu, 27% isə seçiminin dəyişə biləcəyini düşünür. Bundan başqa, respondentlərin 79,6 faizi seçkilərə gedəcəyini bildirib.

Bizimlə əlaqə saxlayın