Güclü külək gözlənilir- HAVA PROQNOZU
Bu gün, sentyabrın 16-da Gürcüstanda buludluluğun artacağı, yağış yağacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə meteo.gov.ge saytı məlumat yayıb.
Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, havanın temperaturu +26 dərəcə təşkil edəcək. Cənub-şərq küləyi 10-15 m/s sürətlə əsəcək.
Qərbi Gürcüstanda buludluluğun vaxt keçdikcə artacağı gözlənilir.Gecə əsasən yağmursuz keçəcək, günün ikinci yarısından başlayaraq bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi 10-15 m/s, gecə və səhər bəzi yerlərdə arabir 20-25 m/s; olacağı ehtimal edilir. Acarıstanın sahil zolağında 10-15 m/s cənub/qərb küləyinin əsəcəyi, gün ərzində 17-22 m/s arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu: düzənlikdə gecə +21, +26, gündüz +27, +32; dağlarda gecə 11, 16, gündüz 23, 28 dərəcə isti; Yüksək dağlıq ərazilərdə gecə 6, 11, gündüz 21, 26 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanda - zaman keçdikcə buludluluq artır. Gecə əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından başlayaraq bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi 10-15 m/s, bəzi yerlərdə arabir 17-22 m/s olacaq. Havanın temperaturu: barda gecə +8, +13°, gündüz +23, +28°; Dağlarda gecə 5,10, gündüz 22,27; Yüksək dağlıq ərazilərdə gecə +2, 7, gündüz 13, 18, bəzi yerlərdə 23 dərəcəyədək yüksələcək.


