Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Maykl Rot Gürcüstandadır

333
Maykl Rot Gürcüstandadır
Dinləmək üçün basın

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot Gürcüstandadır

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot Gürcüstandadır

InterPress.ge xəbər verir ki, bu barədə sosial şəbəkədə Rotun özü məlumat yayıb.

"Sabahın xeyir, Tbilisi!" - sosial şəbəkədə almaniyalı deputat yazır.

O, Tbilisiyə gəlməzdən əvvəl Gürcüstanla bağlı növbəti yazı dərc edib və orada yazır ki, seçkilər azad və ədalətli olmalıdır.

“Seçkilər azad və ədalətli olmalıdır. Oliqarxiya demokratiyanın zəhəridir. Anti-LGBT qanunu Gürcüstanın uzun tolerantlıq və açıqlıq tarixi ilə uyğun gəlmir. Dialoq vacibdir. Almaniya + Avropa İttifaqı Gürcüstanın Avropaya inteqrasiyasını yalnız hökumətin antidemokratik siyasətini dəyişdiyi halda dəstəkləyəcək”, - Rot yazıb.

Xatırladırıq ki, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri bir neçə gün əvvəl sentyabrın 16-18-də Gürcüstan və Ermənistana səfər edəcəyini bildirmişdi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →