16 
Sen
2024
16:16
1102

Gürcüstan-Rusiya sərhəd keçid məntəqəsi iki həftə hər gün bu saatlarda bağlı olacaq

Sentyabrın 18-dən oktyabrın 2-dək saat 06:00-dan 09:00-dək “Kazbeqi” gömrük-keçid məntəqəsindən hər iki ölkə istiqamətində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq . Səbəb Avtomobil Yolları İdarəsi tərəfindən planlaşdırılan bərpa işləridir.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat yayıb.

Kazbeqi” gömrük-keçid məntəqəsinin yaxınlığında, beynəlxalq əhəmiyyətli avtomobil yolunda qəzalı yolların bərpası işlərinin aparılması nəzərdə tutulur ki, bununla əlaqədar işlərin gedişi zamanı avtomobillərin hərəkəti dayandırılacaq.

Yuxarıda göstərilənlərə əsasən, Gürcüstanın gömrük sərhədində malların idxalı və ixracı, habelə dövlət sərhədindən keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları bu müddət ərzində həyata keçirilə bilməz.

Qeyd edək ki, qeyd olunan vaxt (saat 06:00-09:00) başa çatdıqdan sonra “Kazbeqi” gömrük-keçid məntəqəsi adi rejimdə, tam gücü ilə fəaliyyətini davam etdirəcək. Müvafiq olaraq, sərnişinlərin və yüklərin daşınması rahat həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın