Davit Şerazadişvili Dmanisi sakinləri ilə görüşüb
"Şadam ki, Dmanisili həmvətənlərimlə daha da sıx işgüzar əlaqələr qurmaq imkanım olacaq".
InterPress.ge xəbər verir, bunu “Gürcü Arzusu - Demokratik Gürcüstan”ın Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka təmsilçisi Davit Şerazadişvili Dmanisi bələdiyyəsinin Pantiani, Mtisdziri, Vake, Yuxarı və Aşağı Oruzman kəndlərinin sakinləri ilə görüşdə deyib.
Nümayəndə əhali qarşısında gələcək planlardan danışıb, “Gürcü Arzusu”nun həyata keçirdiyi layihə və proqramları ümumiləşdirib.
“Seçki kampaniyası çərçivəsində Dmanisi bələdiyyəsində daha bir görüş keçirdik. Bu dəfə Pantiani, Mtisdziri, Vake, Yuxarı və Aşağı Oruzman sakinləri ilə maraqlı və ürəkaçan söhbətimiz oldu.
Gələcək planlardan, 26 oktyabr seçkilərinin əhəmiyyətindən danışdıq. “Gürcü Arzusu”nun həyata keçirdiyi layihə və proqramları müzakirə etdik.
Dmanis mənə yad deyil, bu yer mənim həyatımın bir parçasıdır, burada çox mühüm və maraqlı dövrlər keçirmişəm. Şadam ki, mənim Dmanisili həmvətənlərimlə daha da sıx işgüzar əlaqələr qurmaq imkanım olacaq”, - Davit Şerazadişvili bildirib.
Görüşdə Dmanisi bələdiyyəsinin meri Koba Muradaşvili və Sakrebulo sədri Paata Ğuliaşvili də iştirak ediblər.



