17 
Sen
2024
21:13
294

İki Gürcüstan vətəndaşı qanunsuz olaraq saxlanılıb

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Mecvrisxevi kəndi yaxınlığında işğal olunmuş ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

“Dövlət Təhlükəsizliyi Xidməti qeyd olunan hadisə ilə bağlı məlumat alan kimi Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb.

Daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb. Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın