06 
Sen
2020
11:37
1161

Batuminin bağlanma ehtimalı varmı? - Professordan açıqlama

"Mövcud vəziyyəti nəzərə alaraq Acara bölgəsinin bağlamağı planlaşdırılmır".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzinin baş direktoru Tenqiz Çerçvadze açıqlama verib.

Çerçvadzenin sözlərinə görə, Gürcüstan epidemioloji vəziyyəti qoruyub saxlaya bilir və məhdudiyyətlərin götürülməsindən sonra yoluxma dərəcəsi kəskin artmadı.

"Bölgənin bağlanması və təcili tədbirlərin görülməsi düşünülmür. Acarada müşahidə olunan virus hallarının artması da təşvişə əsas vermir. Covid pandemiyası şəraitində yaşadığımız müddətdə 4 qonşu ölkə və ikinci dərəcəli qonşu ölkələrimiz yoluxma sayında azalma əldə edə bilmir , gediş-gəliş məhdudiyyətləri hələdə qüvvədədir. Müəyyən mikro partlayış və dalğalardan tamamilə qaça bilmərik. Gedişatı diqqətlə izləyirəm və təcrübələrimdən irəli gələrək bu mikro partlayışlar və yerli dalğalar koronavirusun ölkədə geniş yayılacağını düşünmürəm. Qeyd edim ki, Gürcüstan həm xəstəlik sayı, həm də ölüm sayı baxımından Covidlə mübarizədə digər ölkələrə nisbətən ən böyük müvəffəqiyyəti əldə etdi. Daha vacib də odur ki, əldə edilmiş nəticələrin davamlı olduğunu sübut edən yeganə ölkə Gürcüstandır. Ölkələrin çoxunda məhdudiyyətlər götürülüb, ancaq bütün ölkələrdə bizim kimi deyil, məhdudiyyətlər götürüldükdən sonra təkrar koronavirus özünü göstərərək kəskin artım baş verdi ",- dedi Çerçvadze.

Çerçvadzenin sözlərinə görə, Gürcüstanda az sayda koronavirus ölümünün qeydə alınması, həkimlər və hökumət qrupu tərəfindən həyata keçirdiyi uğurlu tədbirlərin nəticəsidir.

"Gürcüstanda aşağı ölüm halları təsadüfi deyil. Bu, həkimlər və hökumət qrupu tərəfindən görülmüş tədbirlərin nəticəsidir və bu nəticələrin bu gün də qorunub saxlanılması mənə belə qalacağını düşünməyə əsas verir.

Bizdə təxminən 8-9 mikro partlayış oldu: Marneuli, Tetriçğaro, Bolnisi, Lentexi, Kobuleti, Vani, Mestia - hər yerdə zəruri tədbirlər görüldü və bu mikro partlayış ən çox 2 həftə ərzində məhv edildi ”, - deyə Çerçvadze bildirib.

Bizimlə əlaqə saxlayın