Batumidə 19 yaşlı qızın əməliyyatdan sonra halı pisləşib və hazırda süni nəfəs aparatındadır.
InterPress.ge xəbər verir ki, xəstənin ailə üzvləri bu barədə AJARATIMS.GE-yə bildiriblər.
Onların sözlərinə görə, gənc qız dünən “Xozrevanidze klinikasında” burnunu plastik əməliyyat etdirib, bundan sonra qızın səhhəti pisləşib.
"Əməliyyat başlayandan az sonra vəziyyəti pisləşdi, əvvəlcə bizə dedilər ki, 1 gün süni nəfəs aparatında olacaq, amma bu gün məlumat verdilər ki, daha 3 gün yatacaq. Kömək istəyirik”, - xəstənin qohumu “Adjara Times”a bildirib.
