Gürcüstan sərhədini qrup şəklində qanunsuz keçən şəxslər saxlanılıb
Sərhəd polisi əməkdaşları 1996-cı il təvəllüdlü iki əcnəbi vətəndaşı həbs ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qurumun məlumatına görə, 1996-cı il təvəllüdlü M. X. və 2006-cı il təvəllüdlü C Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün saxlanılıblar.
Cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-nəzarət məntəqəsindən yan keçərək Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər”, - deyə agentliyin məlumatında bildirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyi nəzərdə tutan 344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə aparılır.


