Gürcüstanda yağmurlu hava nə vaxtadək davam edəcək?
Sentyabrın 18-20-də Gürcüstanda nisbətən sərin, arabir yağıntılı hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Paytaxt Tbilisidə az yağış yağacağı, duman olacağı ehtimalı var. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): yağışlı hava gözlənilir. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz +26, +28 təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +24 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +17, +19 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): qısamüddətli yağış yağacağı, bəzi yerlərdə duman olacağı ehtimalı var. Havanın temperaturu gündüz +15, +20 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +12, +17 dərəcə təşkil edəcək.


