18 
Sen
2024
13:19
355

Üzüm bağında kişi meyiti tapılıb

Dedoplisçğaroda Kvemo Kedi kəndində yerli sakinlərdən birinə məxsus üzüm bağında 38 yaşlı kişinin meyiti tapılıb.

InterPress.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, mərhum dostları ilə üzüm yığımında olub və evə qayıtmayıb.

İki günlük axtarışdan sonra gənci öz avtomobilində, dostları ilə birlikdə olduğu üzüm bağında tapıblar.

İstintaq intiharı nəzərdə tutan 115-ci maddə ilə aparılır, baxmayaraq ki, ölümün əsl səbəbi ekspertiza tərəfindən müəyyən ediləcək.

Bizimlə əlaqə saxlayın