18 
Sen
2024
15:17
304

Ölkə ərazisində qanunsuz yaşayan 5 əcnəbi saxlanılıb

Miqrasiya İdarəsi və Sərhəd Polisi əməkdaşları tərəfindən Nigeriya Federativ Respublikası, İraq Respublikası, Pakistan İslam Respublikası, Türkiyə Respublikası və Misir Ərəb Respublikasının ümumilikdə 5 vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

“Saxlanılan şəxslərin Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunu nəzərə alınmaqla qanuni əsas olmadan ölkə ərazisində olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin həbsi barədə qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.

Nazirlik bildirir ki, hazırda saxlanılan şəxslər daha sonra öz ölkələrinə qaytarılmaq üçün Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib.

Bizimlə əlaqə saxlayın