19 
Sen
2024
10:28
353

Gürcüstanlı modeli qətlə yetirən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Tbilisidə aktrisa və model Keseriya Abramidzenin qətlində təqsirləndirilən şəxslərin həbsini təsdiqləyib. 

InterPress.ge xəbər verir ki, bu barədə DİN  bəyanat yayıb.

1998-ci il təvəllüdlü B.C cinsinə görə xüsusi amansızlıqla ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

“İstintaqla müəyyən edilib ki, bu il sentyabrın 18-də Didi Diqomda təqsirləndirilən şəxs 1987-ci il təvəllüdlü K.A.-ya öz evində qarşılıqlı mübahisə zəminində soyuq silahla çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Yaralı K.A. aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəxs “isti izlər”lə yaxalanıb.

Cinayətin silahı - bıçaq maddi sübut kimi müsadirə olunub.

İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “h” və “m” maddələri ilə aparılır."-məlumatda bildirilib.

Xatırladırıq ki, dünən, sentyabrın 18-də Tbilisidəki evində model və aktrisa Keseriya Abramidze öldürülüb.

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın