Qori bələdiyyəsində 12 yaşlı uşaq avtomobil qəzası nəticəsində həyatını itirib.
InterPress.ge xəbər verir ki, Opel markalı avtomobil Qori-Tğviavi yolunda uşağın atasının idarə etdiyi avtomobil ağaca çırpılıb.
Şahidlərin sözlərinə görə, sürücü sərxoş olub və 12 yaşlı oğlu, avtomobildə qucağında oturmuş halda olub.
Təcili yardım briqadası yeniyetməni "Gormedi" klinikasına aparıb. Tibb işçilərinin dediklərinə görə uşaq klinikaya daxil ediləndə o, artıq dünyasını dəyişmişdi . Ata isə xəsarət almayıb.
Hadisə ilə bağlı istintaq Gürcüstan cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə başlayıb.
Cəmiyyət
Dəhşət: Atanın səhvi nəticəsində, 12 yaşlı uşaq həyatını itirdi - FOTO

Dinləmək üçün basın
Qori bələdiyyəsində 12 yaşlı uşaq avtomobil qəzası nəticəsində həyatını itirib. InterPress . ge xəbər verir ki, Opel markalı avtomobil Qori-Tğviavi yolunda uşağın atasının idarə etdiyi avtomobil ağaca çırpılıb…
Xəbəri qiymətləndir
InterPress.ge kanalları
Xəbərləri sosial media kanallarımızda izləyin