20 
Sen
2024
17:32
345

Marneulidə siyasi partiyaların nümayəndələri ilə görüş keçirilib

20 sentyabr tarixində Marneulidə siyasi partiyaların nümayəndələri ilə görüş keçirilib.

InterPress.ge xəbər verir ki, görüşdə siyasi partiyaların nümayəndələri öz gələcək planlarından danışıb və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbir zamanı çıxış edən partiya nümayəndələri, bu cür görüşlərin keçirilməsinin seçki fəallığının və seçicilərin iştirakının artmasına, digər tərəfdən isə seçkiyə hazırlıq üçün məlumatlı qərarların qəbul edilməsinə tövhə verdiyini bildirib.

Görüş “Tərəqqi Naminə Prevensiya” (PFP) və “Mülki İştirak və Aktivizm Mərkəzi” (CEAC) tərəfindən “Müharibə və Sülh Hesabatı İnstitutu” (IWPR)-nin dəstəyi ilə həyata keçirilən “Marneulidə seçki mühitinin yaxşılaşdırılması və gənc, yeni seçicilərin fəallığının artırılması” layihəsi çərçivəsində keçirilib.

Bizimlə əlaqə saxlayın