20 
Sen
2024
22:51
631

“Tbilisidə işıqforda avtomobillərdən çıxan zərərli qazlara nəzarət edən və cərimələr tətbiq edən videokameralar quraşdırılacaq”

“Tbilisidə işıqforda avtomobillərdən çıxan zərərli qazlara nəzarət edən və cərimələr tətbiq edən videokameralar quraşdırılacaq”.

InterPress.ge xəbər verir ki, bu barədə “Mənim şəhərim öldürür” hərəkatının təsisçisi Giorgi Caparidze “Business Press News”a bildirib.

Onun sözlərinə görə, müvafiq dəyişikliklər Tbilisinin atmosfer havasının keyfiyyətinin idarə edilməsinin 2024-2026-cı illər üçün fəaliyyət planında yazılıb.

Onun sözlərinə görə, plana əsasən, tikinti tozunun azaldılması istiqamətində də nəzarət gücləndiriləcək, meriyanın müvafiq xidmətinə küçələrin yuyulması üçün lazım olan xüsusi maşınlar əlavə olunacaq, yaşıllaşdırma sahələri əhəmiyyətli dərəcədə artacaq.

“2024-2026-cı illər üçün Tbilisidə havanın keyfiyyətinin idarə edilməsi planının təsdiqlənməsi vacibdir. Şəhərin buna həqiqətən ehtiyacı var. Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə birlikdə yarım ilə yaxın idi ki, bu plan üzərində iş gedirdi və prosesə avropalı mütəxəssislər də cəlb olunub.

Ətrafın abadlaşdırılması, yolların yuyulması və avtonəqliyyat vasitələrinin tullantılarına nəzarət baxımından tövsiyələrimiz nəzərə alınıb. Buna uyğun olaraq planda həm nəqliyyat, həm tikinti, həm yol, həm də abadlıq istiqamətləri var. 

Emissiyaya nəzarət baxımından planda qeyd olunur ki, Tbilisinin hər yerində svetoforda 3 kamera quraşdırılmalıdır ki, bu kameralar avtomobil idarə olunan zaman işlənmiş qazlardakı zərərli maddələrin səviyyəsini avtomatik ölçəcək və cərimə yazacaq. Bu kameralar mobil olacaq və vaxtaşırı öz yerlərini dəyişəcək.

Tikinti istiqamətində mühüm məqam ondan ibarətdir ki, tikinti meydançasında tozun azaldılması üçün tikinti materiallarının, o cümlədən qum və sement tullantıları tozlanmayacaq şəkildə qablaşdırılmalı, qanun pozuntularına görə cərimələr tətbiq edilməlidir.

Özü də yazılıb ki, qeyd olunan 3 ildə paytaxtda yaşıllıqların sahəsi xeyli artırılmalıdır”, - Giorgi Caparidze qeyd edib.

Bizimlə əlaqə saxlayın