21 
Sen
2024
13:19
455

Tbilisidə 13 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb

Tbilisidə 13 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

InterPress.gü xəbər verir ki, hadisə sentyabrın 15-də baş verib.

Məlumata görə, yeniyetməni evinin yaxınlığında, qarajın üstündə ildırım vurub.

Ağır bədən xəsarətləri alan yeniyetmə bir neçə gün xəstəxanada olsa da, onu xilas etmək mümkün olmayıb və sentyabrın 19-da dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlayıb.

Bizimlə əlaqə saxlayın