22 
Sen
2024
17:22
695

Kesariya Abramidze dəfn edilib

Model və aktrisa Kesariya Abramidze Vake qəbiristanlığında dəfn edilib.

InterPress.ge xəbər verir ki, dəfn mərasimində Kesariyanın ailə üzvləri, dostları və yaxınları iştirak edib.

Dəfn mərasiminə Gürcüstan prezidenti Salome Zurabişvili də gəlib. 

Xatırladaq ki, model və aktrisa Kesariya Abramidze sentyabrın 18-də Tbilisidəki evində qətlə yetirilib. 37 yaşlı qadına 28 bıçaq zərbəsi vurulub.

Kesaria Abramidzeni öldürməkdə ittiham olunan Beka Caiani saxlanılıb.

Hakim Kesaria Abramidzeni qətlə yetirməkdə təqsirləndirilən şəxsə iki aylıq həbs cəzası verib.

Bizimlə əlaqə saxlayın