Gürcüstan koronavirusun ikinci dalğasına necə hazırlaşıb?
"Bu gün ölkənin səhiyyə sistemi epidemioloji təhlükəyə müdaxilə etmək üçün hazırdır".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirinin müavini Tamar Qabunia açıqlama verib.
Onun sözlərinə görə, ölkədə tənəffüs aparatları, şəxsi qoruyucu vasitələr və testlərə kifayət qədər var.
"Səhiyyə sistemi epidpartlayışa və epidemioloji təhlükəyə müdaxilə etmək üçün 2-3 ay bundan əvvəlkindən daha çox hazırdır. Tibb müəssisələrinin səfərbərlik səviyyəsi yüksəkdir. Bugünkü gündə Koronavirusa yoluxan insanlar üçün 500 yataq hazırdır. Ehtiyac olarsa yataq sayı böyüyəcək.
Şəxsi qoruyucu vasitələrə gəlincə kifayət qədərdir. Dünya bankı vasitəsilə Ümumdünya Səhiyyə Təşkilatının və digər donorların yardımı ilə əlavə olaraq qoruyucu vasitələr alınacaq. Bizim müəyyən ehtiyat yardımımız da onlar arasında nəfəs aparatı da var. Hazırlıq olduqca yüksək səviyyədədir ", - deyə T. Qabunia qeyd edib.


