23 
Sen
2024
14:56
265

Qabal İnkişaf Mərkəzi”nin kiçik və orta bizneslə məşğul olan sahibkarlarla görüşü baş tutub

“Qabal İnkişaf Mərkəzi”nin kiçik və orta bizneslə məşğul olan sahibkarlarla görüşü baş tutub.

InterPress.ge xəbər verir ki, görüşdə “Qabal İnkişaf Mərkəzi”nin direktoru Yavər Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən  laihələrdən söhbət  açaraq, iş adamlarının da bölgənin sosial həyatında, təhsil və idaman  sahəsində dəstəyinə ehtiyacı olduğunu nəzərə çatdırıb.

O, biznes sahibləri ilə  Qabal kəndindəki problemlər və imkanlar haqqında açıq  diskusiyanın aparılmasının, gələcək əməkdaşlıq qərarlarının istiqamətləndirəcək amillər barədə fikir mübadiləsinin aparılmasının vacibliyini söyləyib.

"Respublikamızda sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə mühüm işlər görülür. Xüsusilə regionlarımızda azad sahibkarlığın hərtərəfli inkişafı, sahibkarlarla mütəmadi görüşlərin təşkili və onlara üçün əlverişli şəraitin yaradılması istiqamətindədə uğurlu fəaliyyət davam etdirilir”,- Yavər Məmmədov bildirib.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinə də diqqət yetirilib.

“Humanitar əməkdaşlıq  İki ölkə arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdi: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək. Gürcüstanda, həmçinin azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir”, - bu məhz iki dost xalqın münasibətlərinin bariz nümunəsidir”, - Yavər Məmmədov qeyd edib.

Sahibkarlar Qabal kəndinin problemlərinin həllində soydaşlarımıza daim dəstək göstəcəyəcəklərini diqqətə çatdırıblar.

Görüşdə Rayon rəhbəri  Condo Mdivnişvili, Rayon partiya sədri Baço Xaçidze, Bələdiyə Rəhbəri Ramiz Amirov , Yerli Bələdiyədə Partiya sədri Mirzə Alıyev və kəndin ictimai fəalları və ziyalılar iştirak ediblər.


Bizimlə əlaqə saxlayın