İlham Əliyev Azərbaycanın quru sərhədləri ilə bağlı açıqlama verib
Koronavirus pandemiyası ilə əlaqədar yaradılmış xüsusi karantin rejimi çərçivəsində Azərbaycanın quru sərhədi 2024-cü il oktyabrın 1-dək bağlı olacaq.
InterPress.ge xəbər verir ki, bununla belə, məhdudiyyət müddətinin uzadılması gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyev səkkizinci çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında çıxışı zamanı bildirib ki, quru sərhədində məhdudiyyətlər ölkəni “çox böyük fəlakətlərdən” xilas edib.
“Sərhədlərin bağlı qaldığı bu gün də təhlükəli əməllərə cəhdlər edilir və onların qarşısı alınır”, - deyən Əliyevin sözlərinə görə, sərhəd mühafizəsi Azərbaycanı xarici risklərdən qoruyacaq, ancaq ölkədə daxili risklər yoxdur.
Əliyevin bugünkü açıqlaması 1 oktyabrdan sonra da sərhədlərin açılmayacağını göstərə bilər.
Rəsmi Bakı bundan əvvəl koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimini “lazım olduğu müddətcə” saxlayacağını bildirib. Ölkəyə giriş yalnız hava yolu ilə mümkündür. Eyni zamanda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər respublikadan quru yolu ilə gedə bilərlər.
Gürcüstanda yaşayan etnik azərbaycanlılar və Gürcüstan prezidenti Salome Zurabişvili quru sərhədlərinin açılmasının zəruriliyindən dəfələrlə danışıblar.


