23 
Sen
2024
23:07
207

Şalva Papuaşvili ATƏT-in müşahidə missiyasının rəhbəri ilə görüşüb

Parlamentin sədri Şalva Papuaşvili ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (OSCE/ODIHR) seçki müşahidə missiyasının rəhbəri Ouen Merfi ilə görüşüb.

InterPress.ge xəbər verir ki, tərəflər Gürcüstanda seçkiöncəsi mühitdən danışıblar.

Həmçinin, Ouen Merfi seçkiöncəsi dövrdə parlamentin fəaliyyəti ilə maraqlanıb və bu barədə Şalva Papuaşvili ətraflı məlumat verib.

Görüşdə 2024-cü ilin seçkilərində elektron vasitələrin tətbiqinin əhəmiyyəti qeyd edilib, bunu da müşahidə missiyasının rəhbəri müsbət qiymətləndirib.

Həmçinin, Ouen Merfi Şalva Papuaşvilini seçki müşahidə missiyasının fəaliyyəti ilə tanış edib.

Şalva Papuaşvili seçki müşahidə missiyasının rəhbərinə Gürcüstanda uzun illər uğurlu fəaliyyətə görə təşəkkür edib.

 

Bizimlə əlaqə saxlayın