24 
Sen
2024
11:49
295

Rustavidə qanunsuz balıq ovu faktı aşkarlanıb

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin ekoloji nəzarət şöbəsinin əməkdaşları brakonyerliyə qarşı mübarizə çərçivəsində Kvemo Kartlidə qanunsuz balıq ovu faktını aşkarlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitə Nəzarət Departamenti məlumat yayıb.

Qurumun məlumatına görə, Rustavidə parkın yaxınlığında, Mtkvari çayında iki vətəndaş şişmə qayıqdan elektroçok  cihazından istifadə edərək qanunsuz balıq ovlayırmış. Qanun pozucuları qanunsuz olaraq 4,1 kq Xramuli balıq növü əldə ediblər.

“Faktda cinayət tərkibi olduğu üçün materiallar əlavə cavab verilməsi üçün aidiyyəti quruma göndərilib.

Ətraf Mühitə Nəzarət Departamentinin ekipajları meşələrdən qeyri-qanuni istifadə, ov, balıq ovu və digər ekoloji qanun pozuntularının vaxtında qarşısının alınması, aşkar edilməsi və qarşısının alınması məqsədilə ölkə ərazisində 24 saat fasiləsiz patrul xidməti həyata keçirir. Bundan əlavə, Ətraf Mühitə Nəzarət Departamentinin “Qaynar xətt”inə (153) daxil olan hər bir məlumat dərhal cavablandırılır”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın