24 
Sen
2024
14:48
295

Çoxmillətli komanda və heyət təlimi - ETERNITY 2024 başlayıb

Gürcüstan Müdafiə Qüvvələrinin NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin poliqonunda çoxmillətli komanda-qərargah təliminin - ETERNITY 2024-ün rəsmi açılış mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Təlimin qərargah və səhra komponentlərində üç ölkənin - Gürcüstan, Türkiyə və Azərbaycanın hərbi qulluqçuları, həmçinin Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin və Gürcüstan Dəmir Yollarının nümayəndələri iştirak edirlər.

Müdafiə Qoşunları komandanının müavini, briqada generalı İrakli Çiçinadze təlim iştirakçıları qarşısında çıxış edərək təlimin uğurla başa çatmasını arzulayıb. Təlim ssenarisinə əsasən, Vaziani təlim rayonunda regionun strateji əhəmiyyətli obyektlərinin və iqtisadi layihələrinin müdafiəsi keçiriləcək.

ETERNITY 2024 çoxmillətli mühitdə qurumlararası koordinasiya və fövqəladə hallar üzrə kommunikasiyanı, həmçinin risklərin idarə edilməsini və qarşılıqlı əlaqəni təkmilləşdirməyi hədəfləyir.

 

Bizimlə əlaqə saxlayın