26 
Sen
2024
13:14
283

Ağır yol qəzası bir nəfərin ölümü ilə nəticələndi

Batumidə Ankşelidze küçəsində baş verən qəzada bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

InterPress.ge xəbər verir ki, avtomobil dəmir konstruksiya ilə toqquşub, nəticədə iki nəfər xəsarət alıb. Onlardan biri qəzadan az sonra ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma 276-cı maddəsi ilə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın