07 
Sen
2020
19:42
1512

Naziri mərasimlərlə bağlı məhdudiyyətlərin sərtləşdirilməsindən danışdı - "Cərimələr daha sərt olacaq"

"Qapalı məkanlarda sosiyal və mərasim tədbirlərinin keçirilməsinə aparılacaq monitorinqi əmək müfəttişliyi xidməti Daxili İşlər Nazirliyi ilə bərabər həyata keçirəcək və cərimə sanksiyaları daha sərt olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze açıqlama verib.

“Məhdudiyyətlər eyni ilə qalır. 200 nəfərlik izdiham qadağan edilir. Biz bunun üçün hazırlıqlıyıq. Bu günədək məlumatlar əldə edirdik və bunun əsasında əhaliyə həm sözlə həm də cərimələrlə xəbərdarlıqlar edirdik. Qapalı məkanlarda sosial və mərasim tədbirlərinin keçirilməsinə aparılacaq monitorinqi əmək müfəttişliyi xidməti Daxili İşlər Nazirliyi ilə bərabər həyata keçirəcək və cərimə sanksiyaları daha sərt olacaq", - deyə Səhiyyə naziri qeyd edib.

Səhiyyə naziri eləcə də karantin günlərinin nəyə görə, 14 gündən 12 günə endirilməsi haqqında danışdı.

“Bir neçə həftə əvvəl karantin müddətinin məhdudlaşdırılmasının infeksiyanın yayılmasına səbəb olmayacağına dair kifayət qədər dəlilimiz yox idi. Bu gün Avropa ölkələrindən eləcə də öz təcrübələrimizə əsaslanan araşdırmalarımız var və infeksiyanın 8-ci gündə aşkar edilə biləcəyini düşünürük, lakin daha dəqiq olması üçün 12-ci gündə də testə ehtiyacımız var", - dedi E. Tikaradze.

Qeyd edək ki, bu gün Baş nazirin qərarına əsasən, karantin müddəti 12 gündən 8 günə endirildi, ancaq 12-ci gün karantində qalan şəxs təkrar koronavirus testi ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər