08 
Sen
2020
09:08
655

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda bu gecə, yəni sentyabrın 8-i saat 00:00-dan etibarən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılır.

InterPress.ge yerli media istinadən xəbər verir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyət aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gündən müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərara uyğun olaraq, ictimai iaşə obyektlərinin daxilində saat 00.00-dək xidmət göstərilməsinə icazə verilir.

Bizimlə əlaqə saxlayın