30 
Sen
2024
15:16
348

Kutaisi hava limanında bəyan edilməmiş qızıl sikkələr aşkar edilib

Kutaisi hava limanında əcnəbi vətəndaşın fiziki və baqajına/əl yükünə aparılan ətraflı yoxlama nəticəsində külli miqdarda bəyan edilməmiş qızıl sikkələr aşkar edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata əsasən,bəyan edilməmiş malların gömrük dəyəri 43 102,65 lari təşkil edib.

“Sentyabrın 27-də Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin – [Kutaisi Hava Limanı] gömrük keçid məntəqəsində əcnəbi vətəndaşın həm fiziki, həm də ona məxsus baqajına/əl yükünə müfəssəl yoxlanış nəticəsində gömrük əməkdaşları şübhə əsasında , tapılan külli miqdarda bəyan edilməmiş qızıl sikkələr (ümumi çəkisi: 187,24 qram) aşkar edilib.

Bəyan edilməmiş malların gömrük dəyəri 43102,65 lari təşkil edib. Qanun pozuntusuna yol vermiş vətəndaşın işinin materialları cavablandırılması üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib”, - məlumatda deyilir. 

 

Bizimlə əlaqə saxlayın