08 
Sen
2020
10:10
2925

Gürcüstanda 8 günlük karantin müddəti bu şəxslərə şamil edilir və bu tarixdən qüvvəyə minir

"8 günlük karantin rejimi ölkədə virusdaşıyıcıları ilə təmasda olanlara yox yalnız Gürcüstana xaricdən daxil olanlara şamil edilir.

InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze videomüraciətində qeyd edib.

Onun sözlərinə görə, karantinin 8-ci və 12-ci günü test dövlət xərcinə baş tutacaq. Test cavabları mənfi olduğu təqdirdə isə onlar mövcud məhdudiyyətlərdən azad ediləcəklər.

"12 günlük karantin rejimi 8 günə endirildi. 8 günlük karantin rejimi ölkədə virusdaşıyıcıları ilə təmasda olanlara yox yalnız Gürcüstana xaricdən daxil olanlara şamil edilir. Karantinin 8-ci və 12-ci günü test dövlət xərcinə baş tutacaq. Test cavabları mənfi olduğu təqdirdə isə onlar mövcud məhdudiyyətlərdən azad ediləcəklər. Xarici ölkə vətəndaşları karantin və test xərclərini öz ciblərindən ödəməli olacaqlar", - deyə Qamğrelidze qeyd edib.

Bununla birlikdə, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri, 8 gündən sonra, 12-ci günə qədər xüsusi bir ehtiyac olmadığı təqdirdə bir insanın ictimaiyyətlə daha az təmasda olması arzu olduğunu izah etdi.

Onun sözlərinə görə, sözügedən 8 günlük karantin müddəti 15 sentyabrda qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər