Parlamentin majoritar deputatı seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Tsereteli inzibati ərazi vahidliyinə daxil olan Tsereteli, Saimerlo, Bəylər və Dioknis kəndlərinin sakinləri ilə görüşüb.
InterPress.ge xəbər verir ki, görüşdə yerli əhali üçün prioritet məsələlər müzakirə olunub.
Həmçinin “Gürcü Arzusu”nun idarəçilik dövründə davam edən və həyata keçirilən layihələrə nəzər yetirilib.
“Oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin və ölkədə əmin-amanlığın qorunmasının vacibliyi xüsusi ilə vurğuladıq”, - deyə Zaur Darğallı bəyan edib.


